“Biznesim yoxdur ki, altı minlik borc gəlsin” - Açıqlama

9 Dekabr 2021 20:48

"Rast" qrupunun yaradıcısı, Əməkdar artist Rəşad Haşımov ölkədən çıxışına qadağa qoyulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, sənətçi olay-a açıqlamasında məsələnin araşdırıldığını, 6 min borcunun isə olmadığını söyləyib:

"Bu işlə peşəkarlar məşğul olurlar. Mən həmişə vergi ödəmişəm. Sözün düzü, heç bisnesim yoxdur ki, altı minlik borc gəlsin. Sadəcə araşdırılacaq, tezliklə bilinəcək. Bu, xırda məsələdir. Yəqin ki, düzgün informasiya verilməyib".

Milli.Az