"Yaponçik"in qatillərinə 33 İL HƏBS tələbi

9 Dekabr 2021 17:24

Moskva şəhər məhkəməsində prokuror "Yaponçik" ləqəbli "qanuni oğru" Vyaçeslav İvankovun qatillərinə üst-üstə 33 il həbs tələb edib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, prokuror Cambul Canaşiyaya 16, Murtazi Şadaniyaya isə 17 il iş oxuyub. 

İstintaq nəticəsində məlum olub ki, 28 iyul 2009-cu ildə Kaxa Qazayev, Murtazi Şadaniya, Nuqzar Papava və Cambul Canaşiya "Tayskiy slon" restoranına gəliblər. İvankov restorandan çıxarkən o güllələnib. O, bir neçə ay sonra isə xəstəxanada vəfat edib.

Milli.Az