"MacBook"lar yenilənir

1 Mart 2012 21:57
Milli.Az "DigiTimes"a istinadən bildirir ki, displeyinin diaqonalı 13 və 15 düym olan "MacBook Pro" noutbukları daha nazik və yüngül olacaqlar. Ultranazik "MacBook Air" modeli də dəyişikliklərə uğradılacaq.

Leptoplar hələ geniş satışa çıxarılmamış "OS X Mountain Lion" əməliyyat sisteminin əsasında işləyəcəklər. "Mak" istifadəçilərinin hamısı bu yayda həmin əməliyyat sistemindən bəhrələnə biləcəklər.

"AppleInsider" bildirir ki, "Pro" makbukları "Air"in form-faktorunu təkrarlayacaq, ənənəvi sərt disk əvəzinə SSD yaddaşla təmin ediləcəklər.

Eyni zamanda, "Apple" korporasiyası 14 düym diaqonallı "MacBook Air"i satışa çıxarmaq niyyətindədir.

Milli.Az