Məşğulluq sahəsində yeni hədəf - VİDEO

9 Dekabr 2021 14:48

Son 4 ildə Azərbaycanda əmək müqavilələrinin sayi 30%, əməkhaqqı fondu 90%, Orta əməkhaqqı 40% media əmək haqqı 75 faiz artıb. 230 mindən çox şəxs işlə təmin edilib. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, məşğulluq sahəsində görülən işlərin nəticəsində 36 min kiçik və mikro təsərrüfat yaradılıb ki, bu da 36 min ailənin daimi gəlir mənbəyinin yaradılmasi deməkdir.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki,nazir əlavə edib ki, qarşıya qoyulan əsas hədəflərdən biri də əmək bazarında ixtisaslı işçilərin sayının artırılmasıdır

İşğaldan azad olunan ərazilərdə proqram üzrə bərpa işləri görüldükcə həmin ərazilərdə əhalinin məşğulluq təmin olunacaq. Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə müsahibəsində deyib.

Nazir şəhid ailəsi üzvü və müharibə əlillərinin işlə təmin olunmasından da danışıb. Nazir bildirib ki, 5 500 nəfər şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramına cəlb olunub: Əlavə 2500 nəfər işlə təmin olunub.

Növbəti ilə həyata keçiriləcək sosial islahatlardan danışan nazir bildirib ki, növbəti il üçün nəzərdə tutulan sosial islahatlar paketi 2 milyon 100 mindən çox vətəndaşı əhatə edəcək.

Nazir Sahil Babayev əlavə edib ki, məşğulluq proqramlarının elektronlaşdırlması ilə növbəti ildən əmək münasibətləri alt sistemi, elektron məşğulluq reysteri, məşğulluq sistemi, əmək birjaları, əmək yarmarkaları və digər platformalarının istifadəyə verilməsi ilə aktiv məşğulluq tədbirləri daha da genişləndirilmiş olacaq.

Milli.Az