İcarəyə götürdüyü “Gelandewagen”lə 65 yaşlı kişini vurdu - Bəs kim məsuliyyət daşıyır? - VİDEO

9 Dekabr 2021 13:48

Bakıda gənc oğlan icarəyə götürdüyü bahalı avtomobillə 65 yaşlı kişini vurub. Nizami küçəsi ilə Puşkin küçələrinin kəsişməsində yolu keçən 1956-cı il təvəllüdlü Abdulmanaf  Hüseynov  ağır xəsarətlərlə  xəstəxanaya çatdırılıb.  Ümumiyyətlə, şəhər küçələrində  avtomobil icarəsi şirkətilərinə  məxsus avtomobillərlə tez-tez qarşılaşırıq. Avtomobili idarə edən şəxsin isə nəinki təcrübəli, heç sürücülük hüququnun olub olmadığını belə bilmirik. Bəs icarəyə götürülən avtomobil qəza törədərsə kim məsuliyyət daşıyır?

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, şəxsi məqsədlər üçün kifayət qədər sürücü avtomobil icarəsi şirkətinə üz tutur. Orda qarşılaşdığı prosedurlar ümumi olaraq eyni olsa da, məzmunca fərqlənə bilir. Belə ki, avtomobilin müddətə görə dəyişən qiymətindən əlavə, növünə görə alınan depozit miqdarı da fərqli olur. Bəs icarəyə götürülən avtomobil qəza törədərsə kim məsuliyyət daşıyır?

Avtomobil iki şəxs arasında etibarnamə ilə verildikdə də prosedur bənzər qaydada aparılır.

Ekspertin sözlərinə görə, avtomobil sürücülük hüququ olmayan birinə etibarnamə ilə verilirsə ciddi problemlər yaranır.

İstənilən halda bütün məsuliyyət avtomobili idarə edən şəxsin üzərinə düşür ki, buda sürücünün diqqətli olmasına ciddi səbəb yaradır. Ümumilikdə isə qəza zamanı insan faktoru olmadıqda, dəymiş zərər imzalanan müqaviləyə uyğun olaraq, sığorta şirkəti tərəfindən qarşılanır.

Milli.Az