21 yaşlı qızın qətlində qandonduran detal: Məzarını özünə qazdırdılar - VİDEO

9 Dekabr 2021 14:12

Braziliyada yaşayan Amanda Albax adlı qızın başına gələnlər eşidənləri şoka salır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, rəfiqəsinin ad gününə gedən 21 yaşlı Amanda Albaxdan bir daha xəbər alınmayıb.

Polisin araşdırması nəticəsində gənc qadının başına gələnlər üzə çıxıb. Onunla ad günü əyləncəsinə qatılan dostları ayrıldıqdan sonra Amandanı bir daha görmədiklərini desələr də, verdikləri ziddiyyətli açıqlamalardan sonra qandonduran həqiqət bəlli olub.

Milli.Az