Azərbaycanda dəhşətli hadisə: Hamamda 2 nəfərin meyiti tapıldı - TƏFƏRRÜAT

9 Dekabr 2021 11:06

Ötən gün Salyan rayonunun Qaraçala qəsəbəsində ər və arvadının hamamda dəm qazından boğularaq ölməsi hadisəsinin təfərrüatları məlum olub.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, ilkin araşdırmalardan sonra qəsəbə sakinləri olan 1963-cü il təvəllüdlü Əsgərov Əlişirin Daşqın oğlu və onun həyat yoldaşı, 1972-ci il təvəllüdlü Əsgərova Yaqut Təzəxan qızının yaşadıqları evin həyətində yerləşən hamamda dəm qazından zəhərlənməsi və orada vəfat etmələri müəyyənləşib.

Bildirilib ki, dünən səhər saatlarında ailənin iki oğlu usta kimi işlədikləri obyektə gediblər. Saat 17 radələrində qonşuları onların qapısını döyüb və evdən heç kimin cavab vermədiyini görərək narahat olub. Bundan sonra qonşular evə daxil olublar və ər-arvadın mənzildə olmadığını, həyətdəki hamamda dəm qazından boğularaq vəfat etdiklərini görüblər.

Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az