Aktyordan estetik etirafı - "Sadəcə bir az saç əkdirmişəm"

9 Dekabr 2021 13:06

Sosial mediadan aktiv istifadə edən aktyor Enis Arıkanın sonuncu paylaşımı maraq doğurub.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktyor instaqram hesabında keçmiş və indiki fotosunu paylaşaraq etdirdiyi estetiklərdən danışıb. Enis yarı zarafat, yarı ciddi ünvanına yazılan dəyişimlə bağlı şərhlərə belə cavab verib:

"Sadəcə bir az saç əkdirmişəm. Gözaltı və burun dolğum, botoksum, bir az liposaksiyam var. Qısaca təbiiyəm. Böhtan atmayın".  

Qeyd edək ki, Enis hazırda "Camdaki kız" serialında Muzeffer obrazını canlandırır.

Milli.Az