Tənzilə Rüstəmxanlı koronavirusa yoluxub

9 Dekabr 2021 10:50

Azərbaycan Türk Qadınlar Birliyinin (ATQB) sədri Tənzilə Rüstəmxanlı koronavirusa yoluxub.

Bu barədə APA-ya onun həyat yoldaşı, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı məlumat verib.

Deputat qeyd edib ki, Tənzilə Rüstəmxanlı 10 gündür koronavirusa yoluxub: "Hazırda Gömrük hospitalında müalicə alır. Vəziyyəti yaxşıdır. Koronavirusa yoluxmamışam, ancaq mən də bir müddət təcrid olundum".

Milli.Az