Ermənistanda hərbçi əsgər yoldaşını güllələyib

9 Dekabr 2021 10:10

Ermənistan ordusunun hərbçisi öz əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində yaralanıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, dekabrın 8-də gecə saatlarında 2003-cü ildə anadan olan sıravi əsgər Senik Saakyan hərbçi yoldaşının açıdığı atəş nəticəsində yaralanıb: "Hərbçinin vəziyəti çox ağırdır".

Milli.Az