Məşhur aktyor əməliyyat olunacaq

9 Dekabr 2021 11:24

Böyrəyindəki ağrılar səbəbindən bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən türkiyəli aktyor Erkan Petekkaya əməliyyat olunacaq.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi jurnalistlərə açıqlamasında deyib. Erkan səhhəti haqda da danışıb:

"Böyrəklərimdə problem var idi. 3-4 gün xəstəxanada müalicə olundum. Əməliyyat olunmalıyam, amma serial çəkilişlərinə görə hələlik təxirə saldım. Bir müddət sonra böyrəyimə stend qoyulacaq".

Qeyd edək ki, aktyor hazırda "Sana söz" serialında rol alır.

Milli.Az