COVID-19 tədbirlərinə qarşı mübarizəsinə görə “İlin adamı” seçildi

9 Dekabr 2021 10:36

ABŞ-ın "Time" jurnalının oxucuları "İlin adamı" kimi Braziliya prezidenti Jair Bolsonaronu seçib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, istifadəçilər həmin ilə pis və ya yaxşı daha çox təsir göstərən insanı və ya qrupları seçməli olublar. Bolsonaro 9 milyondan çox səsin 24 faizini toplayıb.

Qeyd edək ki, Jair Bolsonaro həm Braziliya siyasətçiləri, həm də beynəlxalq ictimaiyyət tərəfindən koronavirus pandemiyası ilə mübarizəyə yanaşmasına görə dəfələrlə tənqid edilib.

O, koronavirusu tibb ictimaiyyətinin tanımadığı vasitələrlə müalicə etməyi təklif edib. 2021-ci ilin oktyabrında Braziliya prezidentinin "YouTube" hesabı COVID-19 haqqında "fake" xəbər yaydığı üçün bağlanılıb.

Milli.Az