“Zoom”dan maraqlı statistika: İstifadəçilər görüşlərini əsasən yataqda keçiriblər

9 Dekabr 2021 12:06

"Zoom" öz istifadəçiləri arasında apardığı sorğunun nəticələrini açıqlayıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, 2021-ci ilin statistikasına əsasən, iştirakçıların 42%-i "Zoom" görüşlərinə yataqdan qatılıb.

15 noyabr 2020 və 15 noyabr 2021-ci il tarixlərini əhatə edən araşdırmaya görə, onlayn platforma dünyanın təxminən 200 ölkə və regionunda istifadə edilib.

İclasların orta müddəti 54 dəqiqə, iclaslarda iştirak edənlərin orta sayı isə 10 nəfər olub.

Milli.Az