Avropada qazın qiyməti 1 200 dolları keçdi

9 Dekabr 2021 08:22

Avropada qazın qiyməti ticarət sessiyasının sonunda hər min kubmetr üçün 1 200 ABŞ dollarını ötüb.

Bunu ICE birjasının məlumatları təsdiq edir.

Niderlandın TTF qovşağında yanvar fyuçerslərinin qiyməti hər min kubmetr üçün 1 204,5 ABŞ dolları təşkil edib.

Gün ərzində Avropada qazın qiymətinin ümumi artımı 7%-i ötüb.

Milli.Az