"Bazel"i yaxşı analiz etmişik" - Andrade

9 Dekabr 2021 08:13

"Bütün fikirlərimiz "Bazel"lə oyuna bağlıdır. Rəqibi kifayət qədər analiz etmişik".

Bu sözləri "Qarabağ"ın futbolçusu Patrik Andrade Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda bu gün "Bazel"lə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransınd deyib.

Afrikalı yarımmüdafiəçi bunları əlavə edib: "Oyuna yaxşı hazırlaşmışıq. Meydanda əlimizdən gələni etməyə çalışacağıq. Komandamızdan yaxşı oyun gözləyirəm".

Milli.Az