Malinin mərkəzi hissəsində avtomobil yolunda əldəqayırma bombanın partlaması nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) bu ölkədəki missiyasının yeddi sülhməramlısı həlak olub.
Milli.Az oxu24.com-a istinadən xəbər verir ki, bu barədə missiyanın tviter səhifəsində məlumat verilib.
Məlumata görə, daha üç nəfər ağır yaralanıb.
Hadisənin təfərrüatları barədə məlumat verilməyib.
Milli.Az