Ər və arvad faciəvi şəkildə öldü

8 Dekabr 2021 18:42

Salyanda ər və arvad dəm qazından boğularaq ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Salyan rayonunun Qaraçala kəndində qeydə alınıb.

Həmin kəndin sakinləri olan 1963-cü il təvəllüdlü Əsgərov Əlişirin Daşqın oğlu və onun həyat yoldaşı, 1972-ci il təvəllüdlü Əsgərova Yaqut Təzəxan qızı dəm qazından zəhərləniblər. Onlar Şirvan xəstəxanasına çatdırılsalar da, bir neçə dəqiqədən sonra keçiniblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az