"Mahkum" reytinq üçün bu yola əl atdı

8 Dekabr 2021 20:24

"Mahkum" serialının yayım tarixi bəlli olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işinin reytinq yığa bilməsi üçün 1 həftə ərzində iki fərqli bölümünün yayımlanması nəzərdə tutulur. Serialın ilk bölümü dekabrın 14-də, ikincisi isə 16-da izləyicilərə təqdim olunacaq.

Qeyd edək ki, layihədə baş rolları aktyorlar Onur Tuna, Seray Kaya və Melike İpek Yalova paylaşır.

Milli.Az