"Marixuana şizofreniya xəstəliyinə təkan verir"

9 Dekabr 2021 00:45

"Bir çox narkotik istifadəçiləri ilə söhbət əsnasında marixuananın insanda heç bir asılılıq yaratmayan və zərəri olmayan növ olduğunu bildirirlər. Ancaq bu, tamamilə yalnış fikirdir".

Milli.Az xəbər verir ki, bu fikirləri Respublika Narkoloji Mərkəzin baş direktoru Orxan Cəfərov deyib.

Onun sözlərinə görə, marixuana təhlükəli növdür: "Bu insanda güclü psixoloji pozğunluq yaradır. Bundan başqa, marixuana kimi şizofreniya xəstəliyinə təkan verən ikinci narkotik növü yoxdur. Marixuana istifadəsi insanda fiziki asılılıq yaratmasa da, psixi asılılıq yaradır".

O.Cəfərov bildirib ki, 2 723 nəfər qeydiyyatdan çıxarılıb.

Milli.Az