Məktub necə yazılmalıdır?

14 Dekabr 2021 21:10

Həzrət Əli (ə) öz nümayəndələrinə yazırdı: "Qələmlərinizin ucunu iti edin. Sətirləri bir-birinə yaxın yerləşdirin. Məktublarınızdan artıq sözləri çıxarın. Daha çox mənaya diqqət edin. Uzunçuluqdan çəkinin, çünki müsəlmanların büdcəsində artıq xərcə imkan yoxdur"[1].

Qələmin ucu iti olarsa, sözlər kiçik yazılar. Sətirlər bir-birinə yaxın olduqda, yerlə yanaşı yazanın və oxuyanın vaxtına da qənaət olunar. Deyilənlərə nümunə olaraq, həzrət Məhəmmədin(s) Xosrov Pərvizə, Rum Qeysərinəyazdığı məktubları göstərməkolar.

"Nəhcül-bəlağə"də oxuyuruq: "Elçi sənin əqlinin təkrarçısıdır. Sənin haqqında ən maraqlı danışan, yazdığın məktubdur". İmam Sadiq (ə) buyurur: "İnsanın yazdığı məktub, onun ağıl səviyyəsini göstərir"[2].

İslam dinində məktubla bağlı bir sıra göstərişlər mövcuddur. Salamın cavabı vacib olduğu kimi məktubun da cavabı vacibdir. Salam haqqında isə Qurani-kərimdə buyurulur: "Sizə salam veriləndə ona ya olduğu kimi, ya da daha gözəl şəkildə cavab verin"[3].

[1] "Xisali-Səduq".
[2] "Biharul-ənvar", 76-cı cild, səh. 50.
[3] "Nisa" surəsi, ayə 86.

Milli.Az