“Musiqi ikonası” seçildi - VİDEO

8 Dekabr 2021 20:06

Dekabrın 7-də ABŞ-ın Santa-Monika şəhərində "People's Choice Awards" mükafatının növbəti təqdimetmə mərasimi keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, tədbirdə 40 yaşlı amerikalı müğənni Kristina Agilera "People's Choice Awards"ın tarixində ilk dəfə "Musiqi ikonası" mükafatını alıb.

"People" nəşri Agileranın vokalını və həqiqi hisslərdən ibarət musiqisini vurğulayaraq, nəslin səsi adlandırıb. Elə buna görə də o, sözügedən mükafata layiq görülüb.  

Müğənni tədbirdə yeni ispandilli albomunda yer alan mahnılarından ibarət popurri ifa edib.

Qeyd edək ki, "People's Choice Awards" mükafatı 1975-ci ildən tamaşaçı səsverməsinin nəticələrinə əsasən pop-mədəniyyət xadimlərinə təqdim olunur.

Milli.Az