Otel işçisi idi - intim foto və videoları satmaqla varlandı - FOTOlar

8 Dekabr 2021 20:12

Bir vaxtlar otel işçisi olan ingilis qadın qəfil varlanmasının səbəbi hər kəsin marağına səbəb olub.

Milli.Az xəbər verir ki, milyonçunun hekayəsini LADbible dərc edib. Əri ilə otellərdə işləyir və birlikdə ayda təxminən 1,3 min funt-sterlinq alırdılar. Onun dediyinə görə, bu pul dolanışığına güclə çatırdı və o, alternativ gəlir mənbələri tapmağa çalışıb. Tezliklə dostu ona OnlyFans haqqında danışır və Karinanı platformada qeydiyyatdan keçməyə dəvət edir. Karina da aylıq 220 min funt-sterlinq gəlir gətirməyə başlayan hesab yaratmağa qərar verir. Hazırda qızın gəliri artmaqda davam edir: o, valideynləri üçün ev tikməyə başlayıb, dəyəri 45 min funt-sterlinqdən çox olan bir neçə avtomobil alıb və qarderobunu dizayner paltarları ilə doldurub.

OnlyFans ulduzunun sözlərinə görə, o, əri ilə birlikdə pulun çox hissəsini səyahətə xərcləyir. Karina etiraf edib ki, yeni həyat tərzindən razıdır, lakin sərt valideynlərinin onun seçimini qəbul etməyəcəyindən qorxur. Axı valideynləri qızlarının birjada varlandığına inanır.

Anar Əli
Milli.Az