Ağakərimin oğlu Naziləni polisə verdi

8 Dekabr 2021 17:36

Meyxanaçı Kərim Novruzovun ( Ağakərim) oğlu Kamil Novruzov şairə Nazilə Səfərlidən polisə şikayət edib.

Milli.Az Olay-a istinadən xəbər verir ki, Kamil deyib ki, Səfərlinin ittihamları ilə bağlı 102 xidmətinə zəng edib:

"Bu böhtanlardan yoruldum. Ona görə 102 xidmətinə zəng etdim, məni Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə yönləndirdilər. O yazıb ki, guya psixotrop  dərmanlar verirəm və sair. Bunlar balaca məsələ deyil, böyük ittihamlardır. Əlimdəki sübutlarla, həkimlərin yazdığı reseptlərlə, Səhiyyə Nazirliyinin qoyduğu əlillik diaqnozu ilə bölməyə yaxınlaşdım və ərizə yazdım".

Qeyd edək ki, N. Səfərli bir neçə gün öncə instaqramda status yazaraq Kamilin atasına qəsdən psixotrop iynələr vurduğunu, ondan bağını 150 minə satdığını gizlətdiyini iddia edib.

Milli.Az