Aktyorun cücə biznesi çökdü - "8 min cücədən üçü qaldı"

8 Dekabr 2021 17:06

Aktyor Məcid Hüseynov başına gələn hadisəni bölüşüb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, biznes qurmaq istəyi sənətçini müflis edib. Bu haqda Məcid "7 canlı" verilişində deyib.

O bildirib ki, 8 min balaca cücə alıb və hamısı ölüb:

"Səbəb yem oldu. Həmişə yem aldığım yerdə bitmişdi, gedib başqasın aldım. Yem verib, getdim. Qayıdanda gördüm 3 cücə qalıb. Çox ziyan etdim".

Milli.Az