Baş Qərargah rəisinin olduğu helikopter qəzaya uğradı - Dünya şokda - VİDEO

8 Dekabr 2021 13:24

Hindistanın Tamilnad ştatında ölkə silahlı qüvvələrinin baş qərargah rəisi, general Bipin Ravatın olduğu helikopter qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 4 nəfər həlak olub.

Helikopterdə onun ailə üzvləri, köməkçiləri də daxil olmaqla 14 nəfər olub.

Qərargah rəisinin taleyi barədə hələlik məlumat verilməyib.

Milli.Az