Bakıda 20 yaşlı gənc özünü metroda yandırmaq istəyib

8 Dekabr 2021 09:47

Bakıda 20 yaşlı gənc özünü metroda yandırmağa cəhd edib.

Milli.Az bildirir ki, hadisə ötən gün saat 21 radələrində "Gənclik" metro-stansiyasında qatar hərəkət edərkən baş verib.

2001-ci il təvəllüdlü Əlisahib Rüstəmov üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Onun bu cəhdinin qarşısı alınıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az