Məşhur serialın ulduzu koronaya yoluxdu

8 Dekabr 2021 09:18

"Yasak Elma" serialında Kumru obrazını canlandıran Biran Damla Yılmaz koronavirusa yoluxub. 

Milli.Az Olay-a istinadən xəbər verir ki, sənətçinin səhhəti birdən pisləşib, qızdırması qalxıb. Bunun ardınca aktrisa Covid testi verib və nəticə pozitiv çıxıb. 

Yılmazdan başqa serial komandasından hər kəsin test cavabı neqativ gəlib. Aktrisanın bütün səhnələri çəkildiyi üçün bu durum seriala təsir göstərməyib. 

Milli.Az