Türkiyəli aktrisa Tuba Büyüküstünün mumdan heykəli hazırlanır.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktrisanın heykəli "Madame Tussauds İstanbul"da sərgilənəcək.
Ölçüləri götürülən və 360 dərəcə şəkilləri çəkilən Büyüküstünün fiquru 8 aya hazır olacaq.
Qeyd edək ki, bir heykəl üzərində 40 insan çalışır. Bütün işlər Londondakı əsas muzeydə aparılır. Bir mum heykəl 200 min dollara (1 milyon lirə) başa gəlir. Sözügedən muzeydə dünyaca məşhur liderlərin, sənətçilərin və idmançıların heykəlləri də yer alır.
Milli.Az