Məşhur aktyorun 5 aylıq oğlu öldü - FOTO

8 Dekabr 2021 10:48

Amerikalı məşhur komediya aktyoru və aparıcı Nik Kennonun 5 aylıq oğlu vəfat edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə Kennon aparıcısı olduğu verilişdə deyib. O bildirib ki, oğlu Zen beyin xərçəngindən dünyasını dəyişib.

Qeyd edək ki, Zen aktyorun model Alissadan dünyaya gələn körpəsidir. Nik Kennon 2008-2015-ci illərdə müğənni Meray Kerri ilə ailəli olub. Onların bu evlilikdən Marokkon və Monro adlı əkizləri dünyaya gəlib.

Milli.Az