Bir müddət əvvəl Opera və Balet Teatrındakı 15 illik fəaliyyətinə son qoyması ilə gündəmə gələn muğam ifaçısı Kəmalə Nəsibovadan yeni xəbər var.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, xanəndə bu dəfə yeni iş təqdim edib. O, Əməkdar artist Könül Kərimovanın repertuarına müraciət edərək mahnı hazırlayıb.
Kəmalə bildirib ki, bəstənin müəllifi də K.Kərimova özüdür:
"Ay şirinim, ay şəkərim" mahnısını çox sevirdim. Könül Kərimovadan icazəsini aldım. Oxudum və inanıram ki, dinləyicilər də bəyənəcək. Mahnını özüməməxsus formada oxumuşam".
Milli.Az