Fransada karantin sərtləşdirilir

7 Dekabr 2021 21:56

Fransada COVİD-19-a yoluxmaların artması ilə əlaqədar dekabrın 10-dan etibarən gecə klubları bağlanacaq.

Milli.Az modern.az-a istinadən bildirir ki, bu barədə Baş nazir Jan Kasteks mətbuat konfransında məlumat verib.

Məhdudiyyət tədbiri 4 həftə qüvvədə olacaq. Şirkət rəhbərlərinə əməkdaşların distant rejimdə işləməsinə şərait yaratmaq tövsiyə olunub.

Məktəblərdə də sanitar qaydalar sərtləşdiriləcək. Dekabrın 15-dən etibarən isə 5-11 yaş arası uşaqların vaksinasiya prosesi başlayacaq.

Milli.Az