BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana və Ermənistanın Azərbaycana qarşı iddialarına baxılıb.
Məhkəmənin sədri Coan Donahyu Azərbaycanın iddiası ilə bağlı qərarını açıqlayıb və bildirib ki, Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməlidir.
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan "müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını" təmin etmədi.
Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası təmin edilmədi.
Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da təmin olunmadı.
Məhkəmənin qərarına görə, iddiaçı olan Ermənisan tərəfi gərəkli əşyayi-dəlillər və sübutlar təqdim edə bilməyib.
Eyni zamanda, Bu üç məsələ üzrə Ermənilərin iddiasının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır.
Məhkəmə Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə dair qərar verdi.
Bununla yanaşı, məhkəmənin qərarına görə, "hər iki tərəf sonradan məhkəmə vasitəsilə nizamlanması çətin olacaq münaqişənin ciddiləşməsi və ağırlaşmasına səbəb ola biləcək istənilən addımlardan çəkinməlidirlər".
İşğaldan azad edilmiş ərazilərdəki mina sahələrinin xəritələrinin Bakıya təqdim edilməsi ilə bağlı qərarda xüsusi bənd yoxdur. Bunun səbəbi isə bir neçə gün əvvəl rəsmi İrəvanın mina xəritələrini Bakıya verməsidir.
Haaqadakı Ədalət Məhkəməsinin qərarlarının hər iki tərəf, yəni Azərbaycan və Ermənistan üçün "bərabərçəkili, analoji" olmasından da söhbət gedə bilməz.
Bundan başqa, qərarlarda "işğaldan azad edilmiş ərazilərdə erməni irsinin, o cümlədən kilsələrin, abidələrin, görməi yerlrin, məzarların və s.-nin vandalizmdən qorunmasının vacibliyi" də vurğulanır.
Lakin iş ondadır ki, işğaldan azad olunmuş ərazilərdə yerləşən və ermənilərin "qədim erməni kilsələri" kimi təqdim etməyə çalışdıqları obyektlər ya qədim alban və ya pravoslav kilsələridir, ya da Azərbaycanın bu ərazilərinin işğalda olduğu 30 il ərzində tikildiyi binalardır.
Məzkur səbəbdən onlar heç bir halda "erməni irsi" deyillər və ola da bilməzlər.
"Abidələr"ə gəldikdə isə, 1988-ci ildən sonra inşa edilmiş nə varsa, sökülməlidir. Beynəlxalaq hüquq, mənəviyyat normativləri və tarixi presedentlər bunu tələb edir.
... Ermənistan iddiasındakı əsas tələblərinin reallaşmasına nail olmadı. Həmin tələblər isə üçtəərfli bəyanat imzalanandan sonra işğaldan azad edilmiş ərazilərdə yaxalanan, Ermənistan vətəndaşı olan hərbçilərin qeyd-şərtsiz geri qaytarılması, habelə Bakıdakı Hərbi Qənimətlər Parkının ləğv edilməsi ilə bağlı idi.
Bu iddiaların məntiqsizliyi və ən başlıcası, beynəlxalq hüququn prinsiplərindən kənar, sırf siyasi konyuktura hesablanmış istəklər olduğunu Haaqadakı məhkəmə də təsdiqlədi.
Beynəlxalq Ədalət Məhkəməsinin qərarları Ermənistan üçün beynəlxalq hüquq müstəvisində məğlubiyyət sayıla bilər.
Orxan Hun
Milli.Az