Ermənistan parlamentində dava - VİDEO

7 Dekabr 2021 18:04

Ermənistan parlamentində bir qrup şəxs arasında dava olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Ayastan" blokunun deputatı İşxan Saqatelyanın köməkçisi bildirib.

O qeyd edib ki, insident parlamentin vitse-spikeri Ruben Rubenyanın iş otağında qeydə alınıb. Onun sözlərinə görə, hakim "Vətəndaş müqaviləsi" partiyasınını üç deputatı müxalif deputatların köməkçilərinə hücum edib.

Digər təfərrüarlar barədə məlumat verilməyib.

Milli.Az