Prezidentdən yeni təyinat

7 Dekabr 2021 15:53

Prezident İlham Əliyev F.Ə.Adıgözəlovun Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin sədri təyin edilməsi haqqında Sərəncam verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin sədri təyin edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Milli.Az