Yaşardan iki ildən sonra yeni klip - VİDEO

7 Dekabr 2021 20:36

Müğənni Yaşar Cəlilov "Bir addım" adlı klipini təqdim edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, musiqisi Tərlan Məmmədhüseynova, sözləri Orxan Mürvətliyə aid mahnını Babək Pourfard ekranlaşdırıb.

Qeyd edək ki, ifaçının sonuncu layihəsi Xalq artisti Röya Ayxanla duet olmuşdu. Klip 2020-ci ilin fevralında yayımlanmışdı.

Milli.Az