Bakıda 17 yaşlı gənc qız dəm qazından zəhərlənib

7 Dekabr 2021 21:48

Bakıda zəhərlənmə hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü İsmiyeva Şəhanə Elman qızı yaşadığı evdə dəm qazından zəhərlənib. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az