27 yaşa çatmamış evlənənlərə 17 minlik dövlət dəstəyi - Yeni ildən sonra...

7 Dekabr 2021 13:28

Türkiyədə evlənən gənclərə dövlət tərəfindən mənzil və cehiz dəstəyi üçün ayrılmış məbləğ artacaq.
 
Milli.Az sfera.az-a istinadla bildirir ki, hesablardakı müntəzəm ödənişin və dövlət dəstəyinin, yenidən qiymətləndirmə dərəcəsi ilə 36 faiz artırılacağı qeyd edilib. Məlumata görə, bankda açdığı cehiz hesabında 3-5 illik yığım edənlər, o cümlədən 27 yaşından əvvəl ilk evliliyini gerçəkləşdirənlərə ayrılan məbləğ 12 min 37 lirədən 16 min 394 lirəyə qədər qalxacaq. 5 ildə 65 min 576 lirə və daha artıq yığım edən şəxslər 16 min 394 lirə ala biləcəklər.

Mənzil alışı zamanı da dövlətin ayırdığı dəstək məbləğinin 31 min 149 lirədən 42 min 425 lirəyə qədər artacağı bildirilib. 5 ildə 212 min 125 lirə və daha artıq yığım edən şəxslər 42 min 425 lirə ala biləcəklər.

Milli.Az