Oskar uğrunda 93 film yarışacaq

7 Dekabr 2021 16:48

94-cü Oskar mükafatı uğrunda yarışacaq 93 xarici filmin siyahısı açıqlanıb.

Milli.Az xarici mediayaya istinadən xəbər verir ki, dekabrın 10-da qısa siyahı üçün səsverməyə start veriləcək və dekabrın 15-də yekunlaşacaq.

Dekabrın 21-də isə 15 filmin yer aldığı yekun qısa siyahı açıqlanacaq.

Qeyd edək ki, Oskar mükafatı uğrunda yarışacaq filmlər arasında Azərbaycandan rejissor Rüfət Həsənovun "Daxildəki ada" ekran işi də yer alır.

Milli.Az