Zaur meyxanaçı Kərimin evinə getdi - Təsirli VİDEO

7 Dekabr 2021 13:04

Aparıcı Zaur Kamal bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimi ziyarət edib.

Milli.az azxeber. com-a istinadən xəbər verir ki, aparıcı görüşündən olan görüntüləri "Həmin Zaur" verilişində yayımlanıb.

Meyxanaçının oğlu bildirib ki, atasının vəziyyəti yaxşı deyil: "Atam 5 ildir xəstədir, ümumi 2 ildir ki, yataq xəstəsidir. Beyinə qan sızdı, gecə yatdı, səhər duranda artıq vəziyyət pisləşmişdi, danışa bilmirdi. Həkimlər dedi ki, insult keçirib. Təzyiq, şəkəri də var idi. Hər ikisi eyni anda qalxanda yaxşı olmur. İndi ayaqlarında tutulma var.

Ayağında güc yoxdur ki, ayaq üstə dursun. Xəstəxanalarda müalicə alıb, amma həkimlər koronavirusun yayıldığı bir vaxtda məsləhət görüb ki, evdə müalicəsini davam etdirək. Onun meyxananı davam etdirməsini yox, sağalıb başımızın üstündə olmasını istəyirəm" deyə Kərimin oğlu bildirib.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az