Özbəkistanda ticarət mərkəzində partlayış, 9 yaralı

7 Dekabr 2021 10:56

Özbəkistanın Denau şəhərində ticarət mərkəzində partlayış olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ikimərtəbəli ticarət mərkəzində partlayışdan sonra yanğın başlayıb.

Səhərə yaxın baş verən hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Bununla yanaşı, binanın divarları uçub. Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları yanğının qarşısını ala bilib.

Milli.Az