İbonun mükafat almasına etiraz etdi

7 Dekabr 2021 13:42

Ötən gün keçirilən "Altın Kelebek" mükafatlandırma mərasimində müğənni İbrahim Tatlısesin "Ömürlük iftixar" mükafatına layiq görülməsi müzakirə doğurub. 

Milli.Az olay-a istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Tatlısesin bu mükafatı almasına irad bildirib. Hətta aktrisa Sedef Avcı da məsələyə reaksiya verib. O, instaqramda bu sözləri yazıb:

"Bir sənətçiyə ömürlük iftixar mükafatı veriləcəksə, sənəti ilə yanaşı davranışlarının da örnək olması vacibdir".

Milli.Az