1 milyon avroya görə boşana bilmirlər

7 Dekabr 2021 15:42

Türkiyədə yayımlanan "Masterchef" yarışmasının münsifi, aşpaz Danilo Zanna ilə həyat yoldaşı Tuğçe Dəmirbilək boşanma ərəfəsində təzminatla bağlı razılığa gələ bilməyiblər.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aşpaz Dəmirbiləyə Etilərdə yerləşən evini, oğlunun qəyyumluğunu, aylıq 20 min lirə aliment və 500 min avro təzminat verməyi təklif edib. Razılığa gəlməyən Tuğçe isə 1 milyon avro (1 milyon 919 min manat) tələb edib. D.Zanna məbləğin çox olduğunu bildirdiyi üçün boşanma baş tutmayıb və məhkəmə prosesi uzanıb.

Qeyd edək ki, 2012-ci ildə evlənən cütlüyün Zeno Tibet adlı oğlu var.

Milli.Az