Saturasiyanın ölçülməsi zamanı buraxılan səhvlər açıqlandı - FOTO

8 Dekabr 2021 05:45

Sağlam insanda qanda oksigenin miqdarı 93 faizi keçməlidir, orta göstərici 96-99 faiz təşkil edir. Ağciyərlərdə iltihablı proseslərlə isə saturasiya (qanın oksigenlə təmin olunması) azalır. Buna görə də bu göstərici koronavirus infeksiyasının diaqnozunda vacibdir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı terapevt, tibb elmləri namizədi Aleksey Xuxrev bildirib.

Onun sözlərinə görə, qanakı oksigenin miqdarını müəyyən edən pulsoksimetr cihazının düzgün oxunuşlar verməsi üçün bir sıra qaydalara əməl edilməlidir.

Məsələn, barmağı oksimetrə daxil etməzdən əvvəl dırnaq boyası dırnaqlardan təmizlənməlidir.

Həmçinin, saturasiyadan əvvəl siqaret çəkmək olmaz. Mütəxəssisin fikrincə, siqaret qan damarlarını daralda bilər və göstərici aşağı qiymətləndiriləcək.

Həkim soyuqdan isti otağa girdikdən dərhal sonra da saturasiyanı ölçməməyi tövsiyə etdi.

"Soyuq əldə şaxtaya görə bütün kapilyarlar spazm vəziyyətindədir, buna görə barmaqlar ağarır. "Ağ" barmaqda saturasiya isti barmaqdan əhəmiyyətli dərəcədə aşağı olacaq", - deyə həkim vurğulayıb.

Eyni proses susuzluq zamanı da müşahidə edilir.

Bundan əlavə, göstəricinin dəqiqliyi insanın duruşundan da asılıdır. Terapevt oksimetrdən oturarkən istifadə etməyi məsləhət gördü.

"Əgər biz, xüsusən də kürəyimiz üstə uzansaq, mədə ağciyərlərin həcmini məhdudlaşdırır, buna "restriktiv effekt" deyilir, yəni ağciyərlər insan oturanda və ya ayaq üstə olanda olduğu kimi genişlənə bilmir", - deyə o, izah edib.

Milli.Az