Bakıda iki qardaş döyülüb

7 Dekabr 2021 08:52

Bakıda döyülmə hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu, Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1979-cü il təvəllüdlü Cəfərov Soltan Həmid oğlu və qardaşı 1983-cü il təvəllüdlü Cəfərov Bəhruz Həmid oğlu tanıdıqları şəxslər tərəfindən döyülüblər.

Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Milli.Az