Bakıda motosikletçini avtomobil vurub

7 Dekabr 2021 08:02

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Qurbanov Fərid İlham oğlu idarə etdiyi motosikletlə hərəkətdə olan zaman onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Milli.Az