ABŞ Pekin Olimpiadısını niyə diplomatik boykot etdi?

7 Dekabr 2021 08:03

Beynəlxalq Olimpiya Komitəsi (BOK) ABŞ-ın 2022-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarını diplomatik boykot etməsini siyasi məsələ adlandırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi-nin açıqlamasında deyilir.

Açıqlamada bildirilir: "Rəsmilərin və diplomatların iştirakı hər bir hökumətin sırf siyasi qərarıdır, BOK siyasi cəhətdən neytral olduğu üçün bu hüququ tam şəkildə tanıyır. Eyni zamanda, bəyanatda (ABŞ hökumətinin - red.) Olimpiya Oyunlarının və idmançıların orada iştirakının siyasətdən kənar qaldığı açıq şəkildə göstərilir və biz bunu alqışlayırıq".

Qeyd edək ki, daha əvvəl Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ-ın Çində keçiriləcək Olimpiya Oyunlarını diplomatik boykot etmək qərarına gəldiyini açıqlayıb.

Xatırladaq ki, Pekində keçiriləcək qış Olimpiya Oyunları 2022-ci ilin 4-20 fevral tarixlərində baş tutacaq.

Milli.Az