Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubada Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər - VİDEO - FOTO

6 Dekabr 2021 18:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba rayonuna səfər ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Milli.Az