Bakıda bu binada təhlükəli vəziyyət yaşanır - VİDEO

6 Dekabr 2021 15:18

Bakıda yaşayış binalarından birində təhlükəli vəziyyət yaşanır. Təmir üçün dördmərtəbəli binanın bir neçə eyvani sökülüb.

Aradan 6 ay keçməsinə baxmayaraq eyvanlar olduğu kimi qalib.

Təhlükəli vəziyyət paytaxtın Xətai rayonu, Zığ qəsəbəsi, Polad Həşimov küçəsi 7 ünvanında yaşanır.

Sakinlər iddia edirlər ki, rayon icra hakimiyyətinin əməkdaşları 6 aya yaxındır, abadlıq işləri görülən ərazidə onların yaşadıqları dördmərtəbəli binada eyvanları söküblər. Deyilib ki, binada yeni və müasir eyvan tikiləcək.

Mövcud duruma görə əlacsız qalan sakinlər eyvanın qapısını bağlı saxlayırlar.

Bina sakini Zemfira Alışova deyir ki, evdən çıxarkən uşaqlar kənarları olmayan eyvana çıxmasınlar deyə qapının açarını da özü ilə aparır.

Sakinlər deyirlər ki, yağışlı havada eyvana çıxmaq təhlükə riskini daha da artırır.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən ''Xəzər Xəbər''ə bildirdilər ki, Polad Həşimov küçəsində əsaslı təmir işləri görülür. Təmir işləri hələ davam ediyindən binaların eyvanı tikilməyib. Yaxın günlərdə həmin binanın eyvanı ilə yanaşı fasadı da əsaslı təmir olunaraq sakinlərin istifadəsinə veriləcək.

Milli.Az xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az