Suriya: axan qanlar dayanmır
29 Fevral 2012 19:22
Suriyanın hökumət qüvvələri Homs bölgəsinə hücumlarını davam etdirir. Artıq üçüncü həftədir həyata keçirilən hücumlar yüzlərlə insanın ölümünə səbəb olub, minlərlə şəhər sakinini ərzaq, su və tibbi ləvazimatdan məhrum edib.
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, şəhərin Baba Əmr rayonuna qurudan hücum edilib. İnsan hüquqları müdafiəçiləri hərbi qüvvələrin şəhərə tanklar yeritdiyini bildirir.
BMT hər gün yüzlərlə insanın döyüşlərin qurbanı olduğunu bildirir. Bir ilə yaxındır davam edən iğtişaşlar 7500 insanın həyatı bahasına başa gəlib.
Milli.Az