Ermənipərəst ABŞ senatoru 98 yaşında öldü

6 Dekabr 2021 14:00

Keçmiş respublikaçı senator, ABŞ prezidentliyinə namizəd Bob Doul 98 yaşında ölüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Qeyd edək ki, Bob Doul ermənipərəst mövqeyilə seçilirdi. 2019-cu ildə Ermənistan Prezidenti Armen Sərkisyan Respublikaçılar Partiyasının keçmiş senatoru, ermənilərin maraqlarının müdafiəçisi və lobbiçisi Bob Doulun dövlət mükafatı ilə təltif edilməsi haqqında fərman imzalamışdı.

Milli.Az